ABŞ alimləri tibbdə gözlənilməz kəşf ediblər: allergiyası olan adamlar xərçəng xəstəliyinə tutulmurlar.
Buna səbəb allergiyanın orqanizmə yad cismin daxil olmasına imkan verməməsidir. Hətta mikroölçülü toz zərrəciyini belə bədənə buraxmayan allergiya əslində orqanizmi viruslardan qoruyur. Həssas orqanizm bədəndən dərhal virusları kənarlaşdırır.
Alimlər allergiyanı bir neçə aspektdən araşdıraraq onun sağlamlıq üçün faydalı olduğunu düşünürlər. Hesab olunur ki, gələcəkdə allergiya xərçəng xəstəliyinin müalicəsinə açar ola bilər.
publika.az