Bu gün zəvvarların ilk qrupu Həcc ziyarətinə yola düşəcək
12.10.2012

Bu gün axşam saatlarında azərbaycanlı zəvvarların ilk qrupu müqəddəs Həcc ziyarətinə yola düşəcək.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşovanın verdiyi məlumata görə, zəvvarlarımız Bakı-Ciddə marşrutu ilə yola salınacaqlar:

“Bakıdan zəvvarların ilk reysi axşam saat 9 radələrində yola salınacaq”.

Qeyd edək ki, zəvvarların son qrupu ayın 18-də müqəddəs ziyarətə yola düşəcək.

Zəvvarların Həcc ziyarətinə yola salınması üçün ümumilikdə 14 təyyarə reysi ayrılıb. Ziyarət 20 gün davam edəcək. Həcc ziyarəti başa çatdıqdan sonra zəvvarlar 5-12 noyabr tarixlərində Mədinə-Bakı marşrutu üzrə vətənə dönəcəklər.

Ümumilikdə bu il Azərbaycandan Həcc ziyarətinə kvotaya uyğun olaraq 2600 yer ayrılıb.


Gün.Az