Hazırda Bakıda səfərdə olan dünya şöhrətli müğənni Şakira konsertinin məşqlərinə başlayıb.
Görüntülər Şakiranın Tofiq Bəhramov adına stadionda sabah “17 yaşlı qadınlararası dünya çempionatı”nın bağlanış mərasiminin məşqləri zamanı çəkilib.
Kadrlar ANS telekanalı tərəfindən lentə alınıb.
Xatırladaq ki, çempionatın bağlanış mərasiminin səhəri gün, oktyabrın 14-də müğənninin “Baku Crystal Hall”da konserti olacaq.
Şakira Bakıya 80 nəfərlik heyətlə gəlib.
Xatırladaq ki, bir müddət öncə Şakiranın Bakı konsertinin təxirə salınacağı deyilsə də, o, özünün facebook fan-page-ində yerləşdirdiyi video-çarxda Azərbaycana gələcəyi ilə bağlı ismarış göndərmişdi.
Qeyd edək ki, Şakiranın Bakı konserti “Universal Music Group”un Azərbaycandakı nümayəndəsi olan “Omnikomo Music Group” şirkətinin təşkilatçılığı ilə baş tutacaq.
Video
http://gun.az