Gənc Tamaşaçılar Teatrına “Sehrli səslər” gələcək
4.5.2017

Mayın 4-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Sehrli səslər” (“Magical sounds”) musiqi və rəqs festivalı keçiriləcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, festival Əməkdar Artist Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” estrada və folklor rəqs ansamblının təşkilatçılığı ilə baş tutacaq.

Festivalda Azərbaycanın “Azəri inciləri”, Gürcüstanın “Basti Bubu” rəqs və musiqi kollektivləri iştirak edəcək.

Təhsil Nazirliyi, Uşaq Yaradıcılıq Mərkəzi və Quba Uşaq Yaradıcılıq Mərkəzinin dəstəyi ilə gerçəkləşəcək festivalın fəxri qonaqları Əməkdar Artist Manana Çaparidze və Gürcüstandan gənc musiqiçi Elizabet Qabeçava olacaq.

Məlumat üçün bildirək ki, “Cəngi” estrada və folklor rəqs ansamblını mərhum sənətkar Rafiq Babayev yaradıb. Siyavuş Kərimi, Səkinə İsmayılova, Brilyant Dadaşova, Firəngiz Rəhimbəyova həmin dövrdə bu ansamblın solistləri olub. 2002-ci ildən isə bu kollektivə tarzən, Əməkdar Artist Mircavad Cəfərov rəhbərlik edir.

azertag.az