Polad Ələmdar Azərbaycanca qəzəl dedi - Video
12.10.2012

Türkiyənin reytinq rekordçusu olan “Kurtlar Vadisi Pusu”nun dünən nümayiş olunan növbəti seriyası Azərbaycan üçün əlamətdar olub.

Serialın 166-ci seriyasında filmin baş qəhrəmanı olan Polad Ələmdar tərəf müqabili, hakim rolunu canlandıran Leyla xanımla dialoqu zamanı dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yaradıcılığına müraciət edərək,

“Məndə Məcnundan füzun aşiqlik istedadı var,

Aşiqi sadiq mənəm, Məcnunun ancaq adı var”, qəzəlini səsləndirib.

Filmin davam edən növbəti dəqiqələrində ABŞ-ın Qafqaz regionundakı siyasətinə də toxunulub.

Video

http://gun.az