Ən məşhur avtomobil rəngi hansıdı?
12.10.2012

Dünyanın ən məşhur avtomobil rəngi ağdır. Amerikanın aparıcı lak-boya materiallar və kimyəvi preparatlar təchizatçısı PPG araşdırmaçıları bu qənaətə gəlib.
Kompaniyanın mütəxəssisləri cari ildə buraxılan maşınlar barədə materialları araşdırarkən məlum olub ki, yeni avtomobillərin 22 faizi ağ rəngdədir. Alıcılar bu rəngin yeni texnikanı təcəssüm etdiyi qənaətindədirlər.

İkinci yerdə gümüşü rəng gəlir. Qeyd edək ki, 2000-ci ildə bu rəng sözsüz lider idi. Üçlüyü bağlayan isə qara rəngdir.

Boz və qırmızı rənglər gözlə-görüləcək dərəcədə siyahıda geriləyiblər.


FOXnews.az