Azərbaycanda istifadəyə verilmiş yaşayış evlərinin sahəsi azalıb
12.10.2012

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 1 197,8 min kv. metr olan yeni yaşayış evləri inşa olunaraq istifadəyə verilib.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə istifadəyə verilmiş yaşayış evlərinin ümumi sahəsi ötən ilin analoji dövrünə nisbətən 11,4% azalıb.

Bundan başqa, cari ilin ilk 9 ayı ərzində ölkədə 15 çarpayılıq xəstəxana, növbədə 831 nəfəri qəbul edən ambulatoriya-poliklinika müəssisəsi, 24 972 şagird yerlik ümumtəhsil məktəbi, 880 yerlik məktəbəqədər təhsil müəssisəsi və 140 yerlik klub tikilib.

APA