Ufada cihazların tonqaldan enerji toplamasına imkan verən avadanlıq yaradılıb.
Unikal cihaz yaxın zamanlarda kütləvi istehsala buraxılacaq.
Cihazın tərtibatçısı Aydar Xayrullin olub. Cihaz USB dəliyi olan kiçik manqalı xatırladır. O, ancaq smart-cihazları doldurmur, həmçinin fənər və səfərlərdə istifadə olunan digər cihazları da doldurmaq üçün istifadə edilir. Tərtibat artıq istər Rusiyada, istərsə də xaricdə olan turistlər arasında müəyyən populyarlıq qazanıb.
Tərtibatçı qeyd edir ki, ən çətini elektrik enerjisinin generasiyası üçün optimal temperaturun seçilməsidir. Bu cihazın tərtibatı üçün Aydar Xayrullinə 2 il müddət lazım gəlib ki, müəyyən sınaqlar keçirsin və patent alsın. O, Samarada keçirilən “iVolga” elm müsabiqəsində qalib gəlib və istehsala başlayıb. Artıq ilk 100 cihaz sifarişçilərinə göndərilib.
lent.az