Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə giriş pulsuz olacaq
4.5.2017

Hər il mayın 18-i dünya ölkələrində Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir.
Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylər və mübahisəli tarix: mürəkkəb məsələlərdən danışaq” mövzusuna həsr olunub.

Bu barədə məlumat Beynəlxalq Muzeylər Şurasının (ICOM) saytında yer alıb. Builki mövzu muzeylərin insanlar arasında sülhü təbliğ edən mərkəzə çevrildiyini göstərməklə onların cəmiyyət həyatında rolunu vurğulayır.

Beynəlxalq Muzeylər Günündə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinə vətəndaşlar və ölkədə müvəqqəti məskunlaşan əcnəbilər üçün giriş pulsuz olacaq.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü ICOM-un təşəbbüsü ilə 1977-ci ildə təsis edilib. Bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.


1news.az