Mayın 4-də Bakı Xoreoqrafiya Akademiyasının təşəbbüsü ilə Azərbaycan Milli İncəsənət Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş bədii-musiqili gecə keçirilib.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aygül Hüseynova, muzeyin şöbə müdiri Əminə Məlikova ümummilli lider Heydər Əliyevin zəngin və mənalı ömür yolundan, Azərbaycan xalqı qarşısındakı xilaskarlıq missiyasından, həyata keçirdiyi inkişaf strategiyasının nəticələrindən söhbət açıblar.
Tədbirdə akademiyanın tələbələrinin ifasında Ulu Öndərin vaxtilə dinlədiyi musiqilər səsləndirilib.
Gecədə tələbələrin ifasında Sevil Əliyevanın “Xatirə”, Şopenin “Etüd”, “Polonez”, Raxmaninovun “Etüd-lövhə”, Əzizə Mustafazadənin “Şəhrizadın yuxusu”, Gülarə Əliyevanın “Rapsodiya” və s. əsərləri səsləndirilib.
azertag.az