Azal London istiqamətində gündəlik uçuşlara başlayır
15.10.2012

Bu ilin 28 oktyabr tarixindən etibarən “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-London-Bakı istiqamətindəki uçuşlarını gündəlik qrafikə keçirir.

Aviaşirkət bu uçuşlar üçün 20 biznes sinif və 126 ekonom sinif konfiqurasiyalı, komfortlu Aerobus 320 hava gəmilərindən istifadə edəcəkdir. Biznes sinif sərnişinlərinə, aviaşirkətin digər reyslərindəki kimi, fərdi qaydada “Fast Track –Sürətli keçid” və “Business Lounge” servisləri vasitəsi ilə xidmət göstərilir.

Gediş-dönüş aviabiletlərinin qiyməti 545 AZN-dən başlayır.

azal.az