Jan Fransua Manselin: “Bakı şopinq mərkəzinə çevrilir”
5.5.2017

Fransa Milli Assambleyasının deputatı, Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Jan Fransua Manselin Bakıda keçirilən Şopinq Festivalını Azərbaycan üçün “böyük üstünlük” sayır. Bununla bağlı Jan Fransua Manselin Bakı Şopinq Festivalın saytına açıqlamasında bildirib.
Manselin Bakını “qədim ənənələrlə gələcək imkanlar arasında özünəməxsus ittifaq yaradan cazibədar bir şəhər” adlandırıb. Onun fikrincə, bu festival Bakının həm də şopinq mərkəzinə çevrildiyini göstərir: “Bakı Festivalla bağlı ilk sınaqdan uğurla çıxdı”.



report.az