Bakı-2017 İslam Həmrəyliyi Oyunları çərçivəsində yarışlara start verilir
8.5.2017

Mayın 8-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilir.

Bu gün səhər saatlarında ilk oyun AZAL Arenada A qrupuna daxil olan iki keçmiş qalib – Səudiyyə Ərəbistanı və Mərakeş komandaları arasında keçiriləcək. Lakin hər kəsin diqqəti Azərbaycan millisinin Bayıl Arenada Kamerun yığması ilə qarşılaşmasına yönələcək.

Qaydalar Olimpiya Oyunlarında tətbiq edilən qaydalarla eynidir. Belə ki, hər bir komandada yaşı 23-dən yuxarı olan 3 oyunçunun yer almasına icazə verilir.

Millimizin heyəti:

Adı, soyadı

Klub

Məqsəd İsayev

Neftçi

Ruslan Abışov

Neftçi

Rahil Məmmədov

Neftçi

Fəhmin Muradbəyli

Neftçi

Mirabdulla Abbasov

Sumqayıt

Yusif Nəbiyev

Sumqayıt

Tərlan Əhmədli

Sumqayıt

Azər Salahlı

Sumqayıt

Şahrudin Maqomedaliyev

Qarabağ

Elşən Abdullayev

Qarabağ

Mahir Mədətov

Qarabağ

Coşqun Diniyev

Qarabağ

Ağabala Ramazanov

Qarabağ

Rəşad Sadiqov

Qəbələ

Tellur Mütəllimov

Qəbələ

Elvin Camalov

Qəbələ

Vüqar Mustafayev

Zirə

Adil Nağıyev

Zirə

Sadiq Quliyev

Zirə

Azad Kərimov

Kəpəz

Orxan Əliyev

Kəpəz

Emil Balayev

Səbail

Elnur Cəfərov

Duqopolye (Xorvatiya)

GÜNÜN TƏQVİMİ:

10:30 - 12:30Qrup oyunu A1 (Səudiyyə Ərəbistanı - Mərakeş
12:30 - 14:30Qrup oyunu B1 (Əlcəzair - Türkiyə)
16:30 - 18:30Qrup oyunu B2 (Fələstin - Oman)
18:30 - 20:30Qrup oyunu A2 (Azərbaycan - Kamerun)

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq. "Bakı-2017" İslam Həmrəyliyi Oyunları 8-22 may tarixlərində Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

trend