Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində, Suraxanı yol ayrıcından Suraxanı dairəsinə qədər olan ərazidə (Etibar Bəkirov küçəsinin bir hissəsində) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Bu barədə "Azəravtoyol" ASC-nin Mətbuat katibliyindən daxil olan məlumatda bildirilib.
"Qismən məhdudlaşdırma yalnız təmir işlərinin aparıldığı hissələr üzrə tətbiq ediləcək. Sürücülərdən sözügedən ərazidə xüsusən sutkanın qaranlıq saatlarında diqqətli olmaları xahiş olunur və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələri tövsiyə edilir", - deyə məlumatda qeyd edilib.
report.az