"Azər Türk Bank" ASC-nin müştəriləri kredit ödənişlərini və kart hesablarına mədaxilləri artıq Banka yaxınlaşmadan "MilliÖn" ödəniş terminalları vasitəsilə həyata keçirə biləcəklər.
Məlumatda deyilir ki, "Komtec" şirkəti ilə bağlanmış müqaviləyə əsasən, inteqrasiya işləri qısa zamanda yekunlaşıb və artıq 24/7 rejimində işləyən, müxtəlif yerlərdə, o cümlədən bir çox ticarət və xidmət obyektlərində qoyulmuş terminallarda ödənişləri yerinə yetirmək mümkündür. Terminal vasitəsilə edilən ödənişlər zamanı müştərilərdən heç bir əlavə komissiya tutulmur. Ödənişlər AZN, USD və EUR valyutalı hesablara mümkündür.
report.az