Məşhur amerikalı illüzionist Devid Bleyn 72 saatlıq «Electrified: One Million Volts Always On» şousundan sonra hospitala yerləşdirilib.
Xatırladaq ki, elektrik şousu zamanı onu milyon voltluq cərəyan vururdu.
6 metrlik plaftormada 3 gün ayaq üstə tərpənmədən dayanan illizüonist üzücü şoudan sonra bir müddət müalicə müəssisəsində qalacaq.
Xatırladaq ki, «Electrified: One Million Volts Always On» oktyabrın 5-də Nyu-Yorkda start götürmüşdü. Şou zamanı Bleyn 7 nəhəng elektrik transformatorundan ayrılan cərəyanın altında durub. Bu zaman illüzionistin əynində paslanmayan dəmirdən hörülmüş 12 kq ağırlığında kostyum, ayaqlarında izolə edən çəkmələr, başında ultrabənövşəyi şüalardan qoruyan xüsusi ekranlı şlem, həmçinin qulaqlarında tamaşaçılar və yardımçılarla əlaqə saxlamaq üçün qulaqcıqlar, kostyumunda isə içməli su rezervuarı olub. 3 gün ərzində o yemək yeməyib. Əgər onun əli üzünə dəysəydi həmin an yanıb kül olacaqdı.
Şou qurtardıqdan sonra asistentlər Bleynin düşməsinə yardımçı olublar. O, zəif görünsə də, üzündə təbəssümlə tamaşaçıları salamlayıb. Məşhur illizionist etiraf edib ki, ayaqları şişib və qulağını səsdən qoruyan avadanlıq artıq ona ağrı verməyə başlayıbmış.
Big.az