Mərkəzi Klinikada ödənişsiz ortoped-travmatoloq müayinəsi aparılacaq
8.5.2017

Mayın 12 və 13-də Türkiyədən xüsusi dəvət olunmuş ortoped-travmatoloq, professor Mehmet Tezer Mərkəzi Klinikada xəstələri qəbul edəcək.

Mərkəzi Klinikadan bildiriblər ki, iki gün ərzində professor Mehmet Tezer klinikada onurğa sütununun skolioz və kifoz xəstəliklərinin müayinə və müalicəsini həyata keçirəcək.

azertag.az