Azərbaycan təmsilçisi “Eurovision-2017”nin finalının birinci hissəsində çıxış edəcək
10.5.2017

Mayın 9-da Kiyevin Beynəlxalq Sərgi Mərkəzində “Eurovision-2017” mahnı müsabiqəsinin birinci yarımfinalında iştirak edən 18 ölkədən finala vəsiqə qazanmış 10 ölkə təmsilçilərinin mətbuat konfransı keçirilib.

Əvvəlcə finala vəsiqə qazanmış ifaçılar təəssüratlarını bölüşüblər. Daha sonra təmsilçilərin mayın 13-də keçiriləcək finalda hansı hissədə çıxış edəcəkləri müəyyənləşdirilib.

Azərbaycan təmsilçisi Dijah "Skeletons" mahnısı ilə finalın birinci hissədə çıxış edəcək.

azertag.az