"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında mübarizə aparan Azərbaycanın qadın həndbolçulardan ibarət milli komandası ilk görüşünə çıxıb. Rəqib Kamerun millisi olub.
"Sərhədçi" İdman Olimpiya Mərkəzində keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 28:26. İlk yarını 18:14 hesabı ilə öndə bitirən Azərbaycan millisi sonadək üstünlüyünü əldən verməyib. Digər görüşdə Türkiyə Özbəkistanı yenib - 37:21 (16:8).
Qeyd edək ki, mayın 10-da Azərbaycan millisi Özbəkistanla, mayın 11-də Türkiyə ilə üz-üzə gələcək. Mayın 13-də yarımfinal, mayın 14-də isə 3-cü yer uğrunda və final görüşləri keçiriləcək.
report.az