Cari il iyunun 23-də "Bank of Baku" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının növbəti iclası keçiriləcək. İclas saat 15:00-da bankın baş idarəsində (Bakı AZ1069, Atatürk prospekti, 42 ünvanında) baş tutacaq.
"Bank of Baku" 1994-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 52,87 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 15,55 manat olan 3,4 mln. səhm əsasında formalaşıb. Səhmlərin 35%-i Türkiyənin "NAB Holding"inə, 31,11%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı), 28,89%-i "Azpetrol" neft şirkətinə, 5%-i isə Elçin Həmid oğlu İsayevə (Müşahidə Şurasının sədri) məxsusdur.
report.az