ƏSA Teatrı "Yuxum" tamaşasını yenidən nümayiş etdirəcək
10.5.2017

"Yuxum" romantik komediyasının növbəti nümayişi baş tutacaq.
ƏSA Teatrının mətbuat xidmətindən verilən məlumata görə, tamaşa mayın 20-də saat 19:00-da nümayiş olunacaq.
Səhnə əsəri U.Şekspirin “Yay gecəsində yuxu” əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Şamil İbrahimov, rejissoru Nihad Qulamzadə, rəssam Ülviyyə Mikayılova, qrafik dizayner və musiqi tərtibatçısı Aydın Rəhimov, səhnə tərtibatı Nicat Qulam, geyim üzrə rəssam Leyla Əliyeva, işıq rəssamı Binyamin Sailovdur. Səhnə əsərində ümumilikdə 15 aktyor rol alıb.
Tamaşanın nümayişi Azərbaycan Teatr Xadimləri İttifaqının (Aktyorlar Evi) tamaşa salonunda baş tutacaq. Biletlərin qiyməti 3-10 AZN aralığında dəyişir.
Qeyd edək ki, mayın 2-də baş tutan premyeraya ümumilikdə 400-dən çox tamaşaçı qatılıb.
Xatırladaq ki, ƏSA Teatrının əsas heyəti əlilliyi olan aktyorlardan ibarətdir.

report.az