Bakıda yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə bağlı 12 layihənin icrasına başlanıb.
Bunu Baş nazirin müavini Abid Şərifov deyib.
O xatırladıb ki, ötən ilin noyabrında Prezident İlham Əliyevin sərəncamı ilə Bakı şəhərində yağış-kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar İşçi Qrup yaradılıb.
A.Şərifov bildirib ki, indiyədək 12 layihə razılaşdırılıb və onların icrasına başlanıb: "Buna da təqribən 14,2 milyon vəsait ayrılıb. İşlər bütün Bakı ərazisində aparılır".
report.az