Azərbaycanda Əfqanıstanın səfirliyi açılacaq
15.10.2012

Azərbaycanda Əfqanıstanın səfirliyi açılacaq. Bunu Bakıda səfərdə olan Əfqanıstanın xarici işlər naziri Zalmay Rəsul jurnalistlərə açıqlamasında deyib. Artıq səfirin müəyyənləşdiyini deyən nazir Bakıya onunla birgə gəldiklərini açıqlayıb. Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycanın da Əfqanıstanda səfirliyi açılacaq.

Əfqanıstanla Azərbaycan arasında çox qədim tarixə əsaslanan münasibətlərin olduğunu qeyd edən Z. Rəsul “Azərbaycan və Əfqanıstan ən çətin zamanlarda çiyin-çiyinə durub, iki xalq arasında möhkəm əlaqələr var”, - deyə bildirib.

APA