Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) yeni ünvana köçüb.
Azpromo-dan verilən məlumata görə, hazırda qurumun ofisi Səbail rayonu, Neftçilər prospekti,44 ünvanında, Bakı Biznes Mərkəzində yerləşir.
Qeyd edək ki, bundan öncə Azrpomo-nun ofisi Həsən Abdullayev küçəsi,11-də yerləşirdi.
Xatırladaq ki, Azpromo 2003-cü ildə İqtisadi İnkişaf Nazirliyi tərəfindən yaradılıb. Hazırda Fondun Himayəçilər Şurasına müxtəlif nazirlik və idarələr, beynəlxalq təşkilatlar, eləcə də özəl şirkətlərin nümayəndələri daxildir.
APA