"Kapital Bank" 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində "Nağıllara səyahət" adlı sosial layihə həyata keçirir.
Bankdan bildiriblər ki, layihə çərçivəsində ölkənin bir sıra şəhərlərində uşaqlar üçün pulsuz teatr tamaşaları nümayiş olunacaq. Mayın 13-də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında "Kəlilə və Dimnə" tamaşası, mayın 14-də isə Gəncə Dövlət Dram Teatrında "Tıq-tıq xanım" tamaşası göstəriləcək. Hər iki tamaşa saat 12:00, 14:00 və 16:00-da başlayacaq. Tədbir zamanı, həmçinin maraqlı müsabiqələr təşkil olunacaq və məktəblilərə "Kapital Bank" adından hədiyyələr təqdim ediləcək.
Layihə çərçivəsində növbəti həftənin istirahət günlərində uşaqlar üçün daha iki şəhərdə teatr tamaşaları nümayiş olunacaq.
Qeyd edək ki, Azərbaycanda ən böyük filial şəbəkəsinə malik "Kapital Bank" 91 filialı və 5 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərsiniz.
azertag.az