Müasir Musiqi Festivalı - Selestor
11.10.2011

Oktyabrın 14-də İçərişəhərin Qoşa Qala Qapısı meydanında "İçəri şəhər" Dövlət Tarixi-Memarlıq qoruğu, British Council və "İrəli" ictimai birliyinin dəstəyi ilə “Selector” - Müasir Musiqi Festivalı keçiriləcək.
İçərişəhəri müxtəlif musiqi janrlarının qovuşacağı məkana çevirəcək festival zamanı özünün rəngarəng bədii tərtibatı ilə fərqlənəcək konsert proqramı baş tutacaq.
Konsert çərçivəsində DJ-lərin ifasında “Selector şou”, britaniyalı musiqiçilərin ifasında rok musiqi ilə yanaşı “İrəli” Urban Art klubunun üzvlərinin ifasında müasir şəhər mədəniyyətini əks etdirən sənət nümunələri nümayiş olunacaq.