Oktyabrın 14-də İçərişəhərin Qoşa Qala Qapısı meydanında "İçəri şəhər"
Dövlət Tarixi-Memarlıq qoruğu, British Council və "İrəli" ictimai
birliyinin dəstəyi ilə “Selector” - Müasir Musiqi Festivalı keçiriləcək.
İçərişəhəri müxtəlif musiqi janrlarının qovuşacağı məkana çevirəcək
festival zamanı özünün rəngarəng bədii tərtibatı ilə fərqlənəcək konsert
proqramı baş tutacaq.
Konsert çərçivəsində DJ-lərin ifasında “Selector şou”, britaniyalı
musiqiçilərin ifasında rok musiqi ilə yanaşı “İrəli” Urban Art klubunun
üzvlərinin ifasında müasir şəhər mədəniyyətini əks etdirən sənət
nümunələri nümayiş olunacaq.