Rusiyanın tanınmış müğənnisi Filipp Kirkorovun noyabrın 9-da Bakıda keçirilməsi nəzərdə tutulan konserti Heydər Əliyev Sarayında olmayacaq. Konsertin təşkilatçısı olan şirkət tərəfindən Saraya rəsmi məktub ünvanlanıb. Məktubda bildirilir ki, müvafiq təşkilatı problemlərə əsaslanaraq noyabrın 9-u üçün Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan konsert ləğv olunur.
Mədəniyyət və Turizm Nazirliyindən konsertin Heydər Əliyev Sarayında keçirilməsinin ləğv olunduğu təsdiqlənib.
Filipp Kirkorovun konsertinin noyabrın 8-də “Baku Crystal Hall” səhnəsində keçirilməsi planlaşdırılır.
APA