IV İslam Həmrəyliyi Oyunlarının açılış mərsimi ilə əlaqədar mayın 12-də "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyət göstərməyəcək.
Bakı Nəqliyyat Agentliyindən (BNA) daxil olan məlumata görə, bununla əlaqədar, həmin gün saat 06:00-dan Bakıətrafı kənd və qəsəbələrdən "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzinə gələn marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müəyyən olunmuş istiqamətlər - metronun “Qara Qarayev”, “Neftçilər” və “Həzi Aslanov” stansiyalarına doğru dəyişdiriləcək.
"Belə ki, 54, 62, 107, 131, 172, 173 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov dəmir yolu stansiyasından keçməklə “Neftçilər” metro stansiyasına, 139, 148, 163, 166, 184, 198, 204, 216, 214, 217 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar Bakıxanov d/st-dan “Qara Qarayev” m/st-na, 101, 136, 150, 160, 171, 187 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Hava Limanı-Zığ yolundan keçməklə “Həzi Aslanov” m/st-na yönləndiriləcək. Dəyişikliyə əsasən, mayın 12-də 1 və 13 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən müvəqqəti olaraq fəaliyyətini dayandıracaq", - deyə BNA-nın məlumatında qeyd edilib.
Bundan başqa, 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar saat 16:00-dan etibarən Avtovağzal Kompleksindən son dayanacağı S.Vurğun bağı olmaqla fəaliyyət göstərəcək. 4 nömrəli marşrut xətti üzrə fəaliyyət göstərən avtobuslar İ.Hidayətzadə küçəsindən "28 May" m/st-na qədər hərəkət edəcək, 5 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar saat 16:00-dan etibarən "N.Nərimanov"-"28 May" m/st-na qədər fəaliyyət göstərəcək, 21 nömrəli marşrut xətti saat 16:00-dan etibarən “Əhmədli” m/st-dan son dayanacağı “Xətai” metro stansiyasına qədər fəaliyyət göstərəcək.
32 nömrəli marşrut xətti E.Süleymanov küçəsindən “Xətai” m/st-na qədər fəaliyyət göstərəcək. 46 nömrəli marşrut xətti başlanğıc dayanacağı İ.İsmayılov küçəsi (Yeni Günəşli) olmaqla son dayanacağı “Xətai” m/st-na qədər fəaliyyət göstərəcək. 88 nömrəli marşrut xətti başlanğıc dayanacağı VII mkr-n olmaqla Hökümət Evi-Z.Əliyeva-R.Behbudov küçələri istiqamətində fəaliyyət göstərəcək. 125 nömrəli marşrut xətti saat 16:00-dan etibarən Lökbatan NMM-dən "Azneft" dairəsinə qədər fəaliyyət göstərəcək. H1 nömrəli marşrut xətti 28 May küçəsi-R.Behbudov-S.Rəhimov-Xətai pr.-Babək pr.-N.Rəfiyev-A.Cəlilov-Nobel pr.-Zığ beton yolu-Heydər Əliyev Hava Limanı, əks istiqamətdə isə Heydər Əliyev Hava Limanı-Zığ beton yolu-Nobel pr.-A.Cəlilov-K.Səfərəliyeva-28 May küçəsi-“28 May” m/st-na qədər fəaliyyət göstərəcək.
report.az