“Bank of Baku” kreditləşmə şərtlərini asanlaşdırıb
11.5.2017

"Bank of Baku" ASC nağd pul krediti əldə etmək istəyən müştəriləri üçün yeni və daha sərfəli şərtlərlə rəsmiləşdirmə imkanı yaradıb.
Bankdan verilən məlumata görə, indi müştərilər kreditləri daha aşağı faizlə, 24 ay müddətinə əldə edə biləcəklər.
"Bank of Baku"nun nağd pul kreditləşməsinə tətbiq etdiyi əsas yeniliklər arasında kredit məbləğinin 10 min manata qədər artırılmasını, təhsil və tibb işçilərinə güzəştli şərtlərlə verilməsini (əmək haqqı tələbi vergilər daxil 200 manata endirilib) xüsusi qeyd etmək olar. Bundan başqa, maaş kartı digər banklardan olan müştərilərə də kredit almaq imkanı yaradılıb. Bundan başqa, iri özəl müəssisələrdə çalışan və aylıq gəliri yüksək olan şəxslərə 10 min manata qədər kredit zaminsiz verilə bilər.
Kredit üçün komisyon haqqı məbləğin cəmi 1%-i qədərdir. Təcili pula ehtiyacı olanlar üçün kredit cəmi 30 dəqiqəyə rəsmiləşdirilir.
"Bank of Baku"dan nağd pul kreditini həm köhnə, həm də yeni müştəriləri əldə edə bilər. Bunun üçün iş yerindən arayış və yaxud rəsmi gəlirləri təsdiq edən sənədləri banka təqdim etmək lazımdır. İş yerindən arayışı bankdan ayrılmadan, bütün filiallarda quraşdırılan elektron hökumət portalı vasitəsilə əldə etmək olar.

report.az