GoMap.az Milli.Az-a istinadən xabər verir ki, Azərbaycanın tanınmış teleaparıcılarından biri Zaur Baxşəliyev nəhayət ki, toy gününü dəqiqləşdirib.
Seçdiyi həmkarı Günay Qələndərli ilə evlənəcək Baxşəliyev bu xoş günü oktyabrın 26-na təyin edib. Say-seçmə qonaqların dəvət olunacağı mərasim paytaxtın dəbdəbəli şadlıq saraylarının birində təşkil olunacaq.
Onu da öyrəndik ki, hazırda Zaur toya dəvətnamələr paylamaqdadır. Amma o da əksər məşhurlar kimi həyatındakı bu əlamətdar günün mediada işıqlandırılmasını əngəlləyəcək. Yəni toya jurnalistlər buraxılmayacaqlar.
Milli.Az