Mayın 11-də Azərbaycan Milli İncəsənət Muzeyində “Azərbaycan və Fransa baharının şəfəqi” adlı konsert proqramı təqdim edilib.
Konsert Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşəbbüsü ilə reallaşıb.
Professor Leyla Məmmədəliyevanın rəhbərliyi ilə gerçəkləşən konsertdə BMA-nın tələbələri Azərbaycan və fransız bəstəkarlarının klassik musiqi əsərlərini səsləndiriblər.
Bir-birindən parlaq kompozisiyaların yer aldığı musiqi axşamı maraqla qarşılanıb.
azertag.az