Həftəsonu Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bir-birindən maraqlı tamaşalar nümayiş olunacaq.
Teatrdan bildirilib ki, dünəndən etibarən tamaşalar IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən və yarışları izləmək üçün şəhərimizə qonaq gələn əcnəbi turistlər üçün ingilis və rus dillərində subtitrlərlə təqdim edilir.
Həftəsonuna qədər teatrda nümayiş olunacaq M.MakDonaxın “Lineynin Trilogiyası”na daxil olan “Gözəllik kraliçası”, “Konnemarada bir kəllə”, “Yalqız Qərb”, Ə.Haqverdiyevin “Pəri Cadu” və L.Nurenin “Mən gəldim qızlar” (“Müharibə”) səhnə əsərləri tərcümə edilmiş tamaşalar siyahısına daxildir.
Teatrın yaradıcı heyəti balaca tamaşaçılarını da diqqətdən kənar qoymayıb. İki gün müddətində uşaqlar üçün “Dəcəl keçi” və “Qırmızı papaq” ilə onların görüşünə gələn truppa mayın13-14-də də sözügedən tamaşaları təqdim edəcək.
azertag.az