Klassik kişi tufliləri 1050 insan dişi ilə bəzədilərsə, necə görünər?
Dizaynerlər Mariana Fantiç və Dominik Yanq bu suala cavab verməyə çalışıblar.
GoMap.Az The Sun-a istinadən bildirir ki, onların "Savile Row" adlandırdıqları modelin altlığı 1050 dişdən ibarətdir.
Bəziləri qızıl, bəziləri də büllurla bəzədilmiş 1050 diş gerçək insan dişləri yox, plastik protezlərdir.
Ekspertlərin dediklərinə görə, estetik baxımdan model maraqlıdır. Lakin ayaqqabının altında dişlərin olduğunu bilmək həddən ziyadə ağır və çətin məsələdir.
Dizaynerlər isə bildirirlər ki, onlar cəmiyyətdəki sosial təkamül və təbiətdəki təkamül arasındakı əlaqəni aşkarlamaq istəyirlər.
Milli.Az