"Qazaxda üç gün" adlı foto və rəsm sərgisi açılıb
12.5.2017

Qazax Dövlət Rəsm Qalereyasında rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Qazaxda üç gün" adlı foto və rəsm əsərlərindən ibarət sərgi açılıb.
Sərgidə fotoqraf İradə Qədirovanın üç gün ərzində Qazaxda çəkilmiş 53 fotosu, rəssamlar Aynurə Mustafayevanın həmin müddətdə çəkilmiş 8 və Akif Əmirovun 8 etüd əsəri nümayiş olunub.

Sərgidə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, rayonun təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri, tələbələr, orta məktəb şagirdləri və gənclər iştirak ediblər.

Sərgilənən əsərlər tamaşaçılarda böyük maraq yaradıb, onlara xoş hisslər bəxş edib.



trend.az