İslamiadanın açılış mərasiminə 30-dək beynəlxalq federasiyanın rəsmiləri gələcək
12.5.2017

"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarının Açılış mərasimində 30-dək beynəlxalq federasiyanın prezidentləri və rəhbər şəxslərinin iştirakı gözlənilir.
Bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Nazir bildirib ki, mərasimdə digər ölkələrin prezidentlərinin iştirakı təsdiqlənməyib.
Qeyd edək ki, İslamiadanın Açılış mərasimi mayın 12-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

report.az