“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə “Beş əhvalat” layihəsinə start verilir.
İdarənin mətbuat xidmətindən verilən məlumata görə, layihənin keçirilməsində məqsəd gənc Azərbaycan rejissorlarına dəstək verməkdir.
Azərbaycanın tarixi-memarlıq irsinə marağın artırılmasından ibarətdir.
Layihə çərçivəsinə beş rejissora ustad dərsləri keçiriləcək. Daha sonra isə onların rejissorluğu ilə qısametrajlı film ekranlaşdırılacaq.
Ustad dərslərini Kann festivalının “Qızıl kamera” mükafatı laureatı Vitali Kanevski aparır. Rejissora və ssenari sənəti barədə master-klass məşğələlərində rejissorlar Elvin Adıgözəl, Teymur Hacıyev, Eldar Albertson, Murad Əbiyev və Cavad Tağızadə iştirak edirlər. Artıq iki gündür start götürən ustad dərsləri oktyabrın 21-dək davam edəcək.
Rejissorlarımız tərəfindən ekranlaşdırılan qısametrajlı filmlərin çəkilişi gələn ilin martında “İçərişəhər” və “Qala” qoruqlarında olacaq.
Ustad dərslərində qonaq qismində ssenarist və prodüser İradə Bağırzadə, tələbə-rejissor, “Oskar”ın bürünc medal sahibi Elmar İmanov və məşhur kinokritik Ülvi Mehdi iştirak edirlər.
Gün.Az