Bakıda və Abşeron yarımadasında oktyabrın 17-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Ayın 18-də səhər yarımadanın bəzi yerlərində qısamüddətli, az yağış yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, şimal-qərb, cənub-şərq küləkləri əsəcək. Havanın temperaturu gündüz 23-27, gecə saatlarında isə 14-19 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında oktyabrın 17-də hava şəraiti əsasən yağmursuz keçəcək. Gecəyə doğru bəzi rayonlarda qısamüddətli yağış yağacağı ehtimal edilir. Oktyabrın 18 və 19-da da əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacaq, yağış yağacaq. Havanın temperaturu Aran rayonlarında 23-28, dağlıq rayonlarda 15-20 dərəcə isti təşkil edəcək.
APA