Acı bibərin İNANILMAZ FAYDALARI
12.5.2017

Badımcançiçəklilər fəsiləsinə məxsus bibərin vətəni Cənubi Amerikadır. İlk dəfə ispanlar tərəfindən Avropaya gətirilmiş bibərlər qısa müddət ərzində tropik və subtropik ölkələrdə yayılmışdır. Xüsusilə C vitamini ilə zəngin bibərlərin acı, şirin növləri və rəngbərəg çeşidləri var. Acı istiotda 9-20% quru maddə, o cümlədən 4,5-8,0% şəkər vardır. Acı dadı onun tərkibindəki kapsaisin qlükozidinin (C18H27NO3) miqdarından (0,02-1,0) asılıdır.
Bibər insan orqanizminə çox faydalıdır. Həkimlər gündəlik qidalanma prosesində acı və şirin bibərlərdən istifadə etməyi məsləhət görür. Acı bibərin 70-ə yaxın növü var. Dünyada ən acı bibər habanero növü hesab olunur. Meksika mətbəxində demək olar ki, bütün yeməklərdə ondan istifadə olunur.
Bibərin insan orqanizminə faydalarını təqdim edirik:
1. Oynaqlarda iltihablaşmanın və revmatizmanın qarşısını alır.
2. Ən acı növlərdən olan Çili bibəri insan orqanizmi üçün çox faydalıdır. İştahı açan xüsusiyyəti ilə həzm sistemini stabilləşdirərək mədəni sakitləşdirir.
3. Ürək xəstəliklərinin yaranmasının qarşısını alır. Acı bibər yemək ay ərzində yarana biləcək insult və infarkt riskini 13%-ə qədər azaldır. Qırmızı bibər insanı rahatladır, nəfəs yollarını açır, ağciyərləri təmizləyir, bronxit və qrip kimi xəstəliklərin yaranmasının qarşısını alır.
4. Yağ yandıran xüsusiyyəti ilə gündəlik yeyilən acı bibər insanı arıqladır və çəkini normallaşdırır. Kaloriləri yandıran acı bibər mədə-bağırsaq sisteminin funksiyasını yaxşılaşdıraraq qəbzliyi aradan qaldırır.
5. Şəkər xəstələri acı bibər yeməklə şəkəri normada saxlaya bilərlər. Xüsusən də Çili bibəri qanda şəkərin miqdarını normallaşdırır.
6. Əsasən Hindistan mətbəxində istifadə edilən acı bibər növlərindən olan pipalinin tərkibində olan kapsaisin maddəsi insan orqanizmində xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.
7. Acı bibər soyuqdəyməyə, diş və boğaz ağrılarına kömək edir. Antibiotik dərmanların qəbulundansa, üyüdülmüş istiotu suya qatıb içmək orqanizmə daha çox fayda verir.
8. Acı bibər insan orqanizmində mikrobları öldürür və immun sistemini qüvvətləndirir. Acı bibərdən müntəzəm istifadə edən insanların orqanizmi xəstəliklərə qarşı daha güclü müqavimət göstərə bilir.
9. Əsrlərdir acı bibərdən alternativ tibbdə istifadə edilir. Bəzi xalqlar acı bibərlə xüsusi müalicə üsulları hazırlayıblar. Soyuq havalarda ayaqqabıların içinə qoyulan acı bibər barmaqları donmadan qoruyur. Qanayan yaraya qoyulan acı bibər qanaxmanı dayandırır və yaranın iz qalmadan yaxşılaşmasına kömək edir.


publika.az