Bu gün və sabah Bakıda bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
16.10.2012

Bu gün Bakıda bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, bu, Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə Toplantısı ilə əlaqədardır.

Bu gün və sabah paytaxtın Heydər Əliyev, Neftçilər, Bülbül, İnşaatçılar prospektlərində, Yusif Səfərov, Afiyəddin Cəlilov, Üzeyir Hacıbəyli, Zərifə Əliyeva, Niyazi, İstiqlaliyyət, Rəşid Behbudov, 28 May, Bakıxanov, Koroğlu Rəhimov küçələrində, eləcə də “Azneft meydanı” və “Qələbə meydanı” istiqamətinə şəxsi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

İdarə sürücü və avtomobil sahiblərini qeyd olunan küçə və prospektlər istiqamətində şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyə, ictimai nəqliyyat vasitələrinə üstünlük verməyə çağırır.

APA