Litvalı rəssamın əsərləri Bakıda sərgilənəcək
12.5.2017

Mayın 25-də Bakıda Litvanın dünya şöhrətli rəssamı Yedit Sxoçkitenin əsərlərindən ibarət “Muza” adlı sərgi açılacaq.

“Art Tover” qalereyasında təşkil ediləcək sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, “Arts Council Azerbaijan” təşkilatı və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək.

Bu sözləri “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov deyib.

Onun sözlərinə görə, rəssamın əsərləri dəqiq cizgiləri, aydın fonu, eskiz və parlaq ifadəlilik xüsusiyyətləri ilə seçilir.

Müxtəlif mövzulu sənət əsərlərinin yer alacağı sərgi iyunun 8-dək davam edəcək.


azertag.az