“Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda elmi konfrans
12.5.2017

Bakı Dövlət Universitetində (BDU) kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycanda kitabxana işi” mövzusunda respublika elmi konfransı keçirilib.

BDU-dan bildiriblər ki, tədbirdə bu ali məktəbin elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə müasir müstəqil dövlətimizin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, elm və təhsil sahəsinə göstərdiyi qayğıdan bəhs edib.

Professor Abuzər Xələfov məruzəsində ulu öndər Heydər Əliyevin kitabxana işinə yüksək qiymət verdiyini, bu sahənin inkişafına xüsusi diqqət göstərdiyini bildirib.

Sonra bölmə iclasları olub, 35 məruzə dinlənilib.



azertag.az