Beynəlxalq Bank müddəti bitmiş pensiya kartlarını yeniləyir
15.5.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə əməkdaşlıq çərçivəsində vətəndaşlara pensiyaların ödənişini həyata keçirən Azərbaycan Beynəlxalq Bankı 2017-ci ilin aprel-may aylarında vaxtı keçmiş kütləvi sayda pensiya kartlarının yenilənməsi prosesini uğurla davam etdirir.

Bankdan verilən məlumata görə, proses Fondun təqdim etdiyi siyahılar əsasında Bankın müvafiq filial və şöbələrində həyata keçirilir. Xatırladaq ki, ABB-nin kütləvi sayda pensiya kartlarının müddəti hər 5 ildən bir aprel-may aylarında başa çatır. Pensiya kartlarının yenilənməsi üçün filiallara müraciət edən vətəndaşların rahatlığının təmin olunması, bu prosesin hər hansı növbələr yaranmadan həyata keçirilməsi məqsədilə Bankın ofisləri gücləndirilmiş iş rejimində çalışır. Mayın ilk günündən etibarən 50 mindən çox pensiyaçıya yeni kartlar təqdim olunub. Kartının müddəti başa çatmış bütün pensiyaçıların öz ödənişlərini vaxtında ala bilmələri üçün Bank onlara mövcud prosedurlara uyğun şəkildə müraciət edərək kartlarını dəyişməyi tövsiyə edir.

36 filiala və 40 şöbəyə malik olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə daha ətraflı məlumatı www.ibar.az internet səhifəsindən, Bankın filial və şöbələrindən, yaxud (012) 937 və *8937 nömrəli Məlumat Mərkəzindən əldə etmək mümkündür.

trend.az