Çin istehsalı olan yeni “Smartisan M1” cihazı dünyada 21 meqapiksel kameralı ilk smartfon olub.
“Smartisan M1” smartfonu müvafiq texniki xüsusiyyətlərinə görə güclü mobil cihazlar kateqoriyasına aiddir.
Cihaz dördnüvəli “Snapdragon 821” prosessoruna və 4 GB yaddaşa malikdir. Smartfonun əsas yaddaşının həcmi 32 GB-dır. Cihazın ekranı 2K genişlənməyə malikdir. Təəssüf ki, onun əməliyyat sistemi hələlik sınaq müddətindədir və bu səbəbdən Avropa bazarlarında mövcud deyil.
“Smartisan M1”-in əsas üstünlüyü 21 meqapiksel olan yüksək keyfiyyətli kamerasıdır. Şirkət rəsmiləri əmindirlər ki, yüksək keyfiyyəti məhsullarını “iPhone 7” smartfonuna rəqib edə biləcək. Smartfonun qiyməti təxminən 300 dollar təşkil edir.
lent.az