28 mindən çox kənd təsərrüfatı texnikası alınıb
15.5.2017

Son 12 ildə “Aqrolizinq” ASC-nin xətti ilə 28 mindən çox kənd təsərrüfatı texnikası alınıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilir ki, 2005-2016-cı illərdə “Aqrolizinq” ASC-nin xətti ilə ümumilikdə 28082 kənd təsərrüfatı texnikası, o cümlədən 1869 taxılyığan kombayn, 94 pambıqyığan kombayn, 8636 traktor və 17483 digər texnikalar alınaraq, istehsalçılara xidmət üçün rayonlardakı aqrotexniki servis mərkəzlərinə verilib və ya lizinq yolu ilə sahibkarlara satılıb.

“Aqrolizinq” ASC-nin fəaliyyət göstərdiyi 12 illik dövrdə alınan kənd təsərrüfatı texnikasının 40 faizi, o cümlədən taxılyığan kombaynların 36,2 faizi, pambıqyığan kombaynların 100 faizi, traktorların 42 faizi və digər texnikaların 39 faizi 2014-2016-cı illərin payına düşüb. Bununla da son bir neçə ildə fermerlərin kənd təsərrüfatı texnikası ilə təminat məsələsi köklü şəkildə həll olunub, texnika çatışmazlığı problemi aradan qalxıb.

Həmçinin, 2016-cı ildə gübrə və pestisidlərdən istifadənin səviyyəsi 2013-cü illə müqayisədə təqribən 2 dəfə artıb.

trend