Beynəlxalq Muğam Mərkəzi yeni layihə təqdim edir
15.5.2017

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Muğam axşamları” adlı yeni möhtəşəm layihəyə start verilir.

Mərkəzdən verilən məlumata görə, layihədə 16 maydan 30 iyunadək Azərbaycan muğamları: Rast, Şur, Segah, Çahargah, Bayatı-Şiraz, Şüştər və Hümayun muğamları tanınmış muğam ifaçıları tərəfindən ifa ediləcək.

Layihənin ilk konserti “Rast” muğamının ifası ilə 16 may tarixində saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində olacaq. Konsertdə əməkdar incəsənət xadimi Aqil Məlikov, əməkdar artist Sevinc Sarıyeva, Naxçıvan MR-in əməkdar artisti Ehtiram Hüseynov, Mirələm Mirələmov, Aytən Məhərrəmova, Hüseyn Məlikov “Rast” ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa edəcəklər. Ansamblın bədii rəhbəri Xanlar Cəfərovdur.

Biletləri şəhərin kassalarından, Asan xidmət mərkəzlərindən və iticket.az saytından əldə etmək olar.



trend.az