Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Terminologiya Komissiyası “Avtomobil nəqliyyatı terminləri lüğəti” hazırlayıb. Komissiyanın sədr müavini Sayalı Sadıqovanın verdiyi məlumata görə, indiyədək Azərbaycanda avtomobil nəqliyyatı ilə bağlı yalnız rus dilində lüğət olub. Ona görə də avtomobil nəqliyyatı ilə əlaqədar terminləri özündə ehtiva edən lüğətə ehtiyac yaranıb. 5500 sözdən ibarət yeni lüğət Azərbaycan, rus və ingilis dillərində buraxılacaq.
APA