Teatr Muzeyində “İslam Azərbaycan teatr mədəniyyəti kontekstində” adlı sərgi açılıb
16.5.2017

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş “İslam Azərbaycan teatr mədəniyyəti kontekstində” adlı sərgi açılıb.

Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, sərgidə Azərbaycanın dəyərli teatr rəssamlarından Əzim Əzimzadə, Bədurə Əfqanlı, Fyodor Qusak, Mikayıl Abdullayev, Ənvər Almaszadə, Kazım Kazımzadə, Toğrul Nərimanbəyov və Elçin Aslanovun Şərq və İslam elementlərini əks etdirən dekorasiya və geyim eskizləri nümayiş olunub.

Sərginin açılışında Bakı Turizm Peşə Məktəbinin müəllim və tələbə heyəti, muzey əməkdaşları, media nümayəndələri iştirak edib.

azertag.az