2016-cı ildə Azərbaycandan Ukraynaya pul köçürmələri 14% azalıb.
Bu barədə Ukrayna Milli Bankının məlumatında bildirilir.
Ukraynalılar ötən il xaricdən ölkələrinə ümumilikdə 5,4 milyard dollar pul köçürüblər. Bu məbləğ ÜDM-in 5,8%-ni təşkil edir və ötənilki göstəricidən 5,3% çoxdur.
Məlumata görə, Azərbaycanla yanaşı Rusiya, Çin və Kanadadan da köçürmələrdə azalma qeydə alınıb.
Əvəzində isə Polşa, İsrail, Türkiyə və Marşal adalarından köçürülən pulların məbləğində artım olub.
report.az