Bakıda kim Şakiraya 100 minlik brilyant üzük verdi?
17.10.2012

Bir neçə gün Bakıda Şakira rüzgarı əsdirən və möhtəşəm konsertlər verən kolumbiyalı müğənni Azərbaycan paytaхtından özəl bir hədiyyə ilə gedib.

Publika.Az "Olaylar"a istinadən xəbər verir ki, Azərbaycanın tanınmış iş adamlarından biri (etik səbəblərdən adını çəkmirik) fanatı olduğu müğənniyə qədim və dəyəri 100 minlərlə hesablanan brilyant üzük bağışlayıb.

Fanat «əgər oğlunuz müsəlman olsaydı, mütləq ona kirvəlik edərdim» - deyə bildirib. Şahidlərin sözlərinə görə, qiymətli hədiyyə Şakiranın çoх хoşuna gəlib.